Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Dövlət Vergi Xidməti: “İstehlakçılar və sahibkarlar öz sosial məsuliyyətlərini unutmamalıdırlar”
COVID-19 pandemiyasının qarşısının alınması məqsədilə, o cümlədən, bir sıra şəhər və rayonlarda sərtləşdirilmiş karantin rejimi tətbiq edilən ərazilərdə artıq xeyli müddətdir ki, müxtəlif dövlət qurumları tərəfindən fəaliyyətinə icazə verilmiş sahələrdə xüsusi karantin rejimi şərtlərinə, zəruri sosial davranış qaydalarına və sanitar-epidemioloji tələblərə əməl edilməsi vəziyyəti ilə bağlı monitorinqlər keçirilir.
Dövlət Vergi Xidmətindən verilən məlumata görə, monitorinqlər zamanı bir çox istehsal sahələrində, ticarət və xidmət obyektlərində müəyyən olunmuş qaydaların pozulması hallarına rast gəlinir, sahibkarlıq subyektləri tərəfindən müvafiq tələblərə etinasız, bir çox hallarda formal yanaşıldığı aşkarlanır.
İqtisadçı ekspert Qalib Toğrul ticarət və xidmət sahələrində koronavirus infeksiyasının yayılmasının qarşısının alınması və profilaktikasına əməl olunmasını günün vacib və təxirəsalınmaz addımı olduğunu bildirib:
“İri supermarketlər istisna olmaqla, bu gün şəhərin əksər ticarət obyektlərində karantin rejiminin tələblərinə ya əməl olunmur, ya da qismən əməl olunur.
Sahibkarlar anlamalıdırlar ki, obyektin girişində dezinfeksiyaedici məhlulların yerləşdirilməsi, işçilərin maska taxması, istehlakçıların mağazalara növbə ilə girişinin təşkili onların sosial məsuliyyətidir. İstehlakçılar isə öz növbələrində fiziki məsafəni gözləməli, maska taxmalı və növbəliliyə riayət etməlidirlər ki, sıxlıq yaranmasın.
Sahibkarlar onu da unutmamalıdırlar ki, bu bəladan qurtulmaq onların bizneslərinin normal vəziyyətə dönüşü üçün vacibdir. İstehlakçılar və sahibkarlar bu prosesdə bir-birlərinə nəzarət etməli, karantin rejiminin tələblərinə əməl olunmasına çalışmalıdırlar”.
Bu tələblərə riayət edilməsinə nəzarət məqsədilə İqtisadiyyat Nazirliyinin aidiyyəti qurumlarla birlikdə monitorinqləri davam etdiriləcək və müəyyən olunmuş tələblərə əməl etməyən ticarət obyektləri barəsində ciddi tədbirlər görüləcək.
"COVID-19" teqi üzrə xəbərlər
- Amerikalı qadın peyvənddən imtina etdiyi üçün işdən çıxarıldı: Milyonlarla dollar təzminat aldı
- Viruslar yenidən AKTİVLƏŞİR - Qarşıdakı aylarda koronavirusa yoluxma arta BİLƏR?
- Azərbaycanda onlayn təhsil effekt vermir - Ekspert RƏYLƏRİ
- COP29-a gələn qonaqlardan koronavirus testi götürüləcək? - RƏSMİ AÇIQLAMA
- Alimlər sosial canlıların əsas üstünlüklərini və çatışmazlıqlarını açıqladılar