Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
AZPROMO koronavirusla bağlı bir sıra tədbirləri təxirə salıb - AÇIQLAMA
Azərbaycanda eləcə də dünya ölkələrində davam edən koronavuris pandemiyası ilə əlaqədar İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) cari ildə planlaşdırdığı bir çox tədbirlər təxirə salınıb.
Oxu.Az-ın məlumatına görə, bu sözləri bu gün Azərbaycan İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) fəaliyyəti barədə keçirilən onlayn mətbuat konfransında AZPROMO-nun rəhbəri vəzifəsini icra edən Yusif Abdullayev deyib.
Onun sözlərinə görə, bütün çətinliklərə rəğmən ölkədə epidemioloji vəziyyətin yaxşılaşması ilə əlaqədar sahibkarların normal iş rejiminə qayıtması müsbət haldır:
“Bu ilin yanvar-avqust aylarında 43 tədbir və ikitərəfli görüşlər, həmçinin beş biznes-forum keçirilib:
“Keçirilən 43 tədbirin altısı ölkədə, yeddisi xaricdə, 30-u isə onlayn şəkildə keçirilib. Eyni zamanda təşkil edilən beş biznes forumun da ikisi onlayn qaydada, biri Azərbaycanda, biri isə xaricdə təşkil olunub. İlin sonuna qədər AZPROMO daha iki beynəlxalq sərgidə iştirak edəcək.
Sərgilərdən biri Moskvada, digəri isə Çinin Şanxay şəhərində keçiriləcək. Koronavuris pandemiyası ilə əlaqədar bütün epidemioloji şərait nəzərə alınacaq”.
Y.Abdullayev bu il təşkil edilən üç sərgi ilə bağlı imzalanan müqavilələrin dəyəri barədə də məlumat verib:
“İlin səkkiz ayı ərzində keçirilmiş üç sərgidə doqquz milyon ABŞ dolları dəyərində müqavilə imzalanıb, altı milyon ABŞ dolları dəyərində məhsul ixrac edilib. Həmçinin, bu müddət ərzində sahibkarlara 6 milyon 380 min ABŞ dolları dəyərində ixrac təşviqi geri ödənilib”.
Könül Cəfərli
"Çin" teqi üzrə xəbərlər
- Ən böyük hərbi donanmaya sahib ölkə AÇIQLANDI
- Rövşən Rüstəmov: "Çindən gələn blok qatarlarının sayının 3 dəfə artırılması planlaşdırılır"
- "Puma"dakı tək azərbaycanlı: "Şirkəti idarə edən önəmli şəxslərdən olmaq istəyirəm"
- Çin ABŞ-nin 13 hərbi sənaye müəssisəsinə sanksiya tətbiq edib
- Dərmanların heyvanlar üzərində sınaqdan keçirilməsinə daha mərhəmətli alternativ tapılıb