Noy
2021
13:20
48
173
4153
Virtual karabakh

Azərbaycanda sosial xərclərə ayrılacaq vəsait ARTIRILIR

5 Noy, 2021
13:20
4153

Azərbaycanda sosial xərclərə ayrılacaq vəsait ARTIRILIR

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanda 2022-ci ildə sosialyönlü istiqamətlər üçün dövlət büdcəsindən 13 milyard 851 milyon manat vəsait xərclənəcək.

Oxu.Az-ın məlumatına görə, bu məsələ “2022-ci il dövlət büdcəsi zərfi haqqında” qanun layihəsində əksini tapıb.

Bu, növbəti ilin büdcə xərclərinin 46,4 faizini təşkil edir və 2021-ci ilin təsdiq olunmuş göstəricisi ilə müqayisədə 13,5 faiz çoxdur.

Növbəti ildə səhiyyə üçün dövlət büdcəsindən 1 milyard 789 milyon manat xərclənəcək ki, bu da növbəti ilin büdcə xərclərinin 6 faizini təşkil edir və 2021-ci ilin təsdiq olunmuş göstəricisi ilə müqayisədə 7,1 faiz çoxdur.

Təhsil üçün isə dövlət büdcəsindən 3 milyard 884 milyon manat vəsait xərclənəcək. Sənədə əsasən, bu, gələnilki büdcə xərclərinin 13 faizi təşkil edir və 2021-ci ilin təsdiq olunmuş göstəricisi ilə müqayisədə 18,5 faiz çoxdur.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri