"May ayının 28-i saat 23:55-də Ləki stansiyasının ərazisində yük qatarı hərəkətdə olarkən "Mercedes-Benz" markalı minik avtomobili dəmiryol keçidinin bağlı vəziyyətdə olmasına baxmayaraq, keçiddən istifadə qaydalarını pozaraq qatara çırpılıb".
Bunu Oxu.Az-a açıqlamasında "Azərbaycan Dəmir Yolları" QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Bəxtiyar Hacıyev deyib.

O, sürücüləri dəmiryol keçidlərinə yaxınlaşarkən qaydalara ciddi əməl etməyə çağırıb: "Dəmiryol keçidlərinə yaxınlaşarkən sürücülər yol kənarındakı işarələrə diqqət yetirməli, sağa və sola baxaraq qatarın gəlmədiyinə əmin olduqdan sonra yola davam etməlidirlər".
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, Ağdaş rayonunda baş verən yol-nəqliyyat hadisəsi səbəbi ilə mayın 29-u saat 00:20-də dörd nəfər (hər biri kişi cinsli olmaqla) Ağdaş Rayon Mərkəzi Xəstəxanasının Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinə hospitalizasiya edilib:
"1988, 1992, 1994 və 1996-cı il təvəllüdlü şəxslərə bədənin müxtəlif nahiyələrinin əzilmiş, kəsilmiş yaraları və travmaları diaqnozları təyin edilib. Xəsarət alan şəxslərə zəruri tibbi xidmətlər göstərilib və hər biri ambulator müalicə üçün evə buraxılıb".
Aləmdə Nəsib
Ağdaş rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az-ın məlumatına görə, hadisə mayın 28-də gecə saatlarında rayonun Ləki qəsəbəsi ərazisində dəmiryolu keçidində qeydə alınıb.
Dəmir yolu keçidindən keçmək istəyən "Mercedes" markalı avtomobil qatarla toqquşub.
Hadisə nəticəsində "Mercedes"də olan sürücü, 1994-cü il təvəllüdlü Emil Lətifov, sərnişinlər - 1988-ci il təvəllüdlü Ceyhun Şirinov və 1996-cı il təvəllüdlü Pərvin Xasməmmədov xəsarət alıblar. Yaralılar Ağdaş Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.
Aqil Vəlili