Ağdaş rayonunda bədbəxt hadisə baş verib.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, rayonun Dəhnəxəlil kənd sakini, 1963-cü il təvəllüdlü Gündüz Şirəli oğlu Mustafayev kənd ərazisində yerləşən su kanalında ölü vəziyyətdə aşkarlanıb.
Ağdaşda su kanalında kişi meyiti tapılıb - VİDEO
İlkin ehtimala görə, hadisə ehtiyatsızlıq nəticəsində baş verib.
Meyit aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı Ağdaş Rayon Prokurorluğunda araşdırma aparılır.