Bakıda 79 yaşlı kişi bədbəxt hadisə nəticəsində ölüb.
Oxu.Az-ın məlumatına görə, hadisə paytaxtın Nərimanov rayonu Ə.Əliyev küçəsindəki mənzildə baş verib.
Həmin mənzildə yaşayan 1947-ci il təvəllüdlü Əmralı Şirəli oğlu Şirəliyev evdə ehtiyatsızlıqdan yıxılaraq xəsarət alıb.
Xəstəxanaya yerləşdirilmiş Ə.Şirəliyev orada ölüb.
Qaynar xətt:
(055) 224 12 12