"Kəpəz" futbol klubunun oyunçusu Veysəl Rzayevi bıçaqlayan şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupundan Oxu.Az-a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində V.Rzayevə kəsici-deşici alətlə xəsarət yetirməkdə şübhəli bilinən 25 yaşlı Nihad Məhərrəmov saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı araşdırmalar davam etdirilir.
* Veysəl Rzayevin bıçaqlandığı hadisənin digər iştirakçısı da futbolçu imiş
Xatırladaq ki, V.Rzayev yaxın dostu və iki xanım tanışı ilə birlikdə restoranlardan birində əylənirmiş. Onlar səhər saatlarında xanımları evlərinə yola salarkən Müseyib Bağırov küçəsində insident baş verib.
Belə ki, qadınlardan birinin keçmiş sevgilisi onlara yaxınlaşaraq vəziyyətlə maraqlanıb. Tərəflər arasında yaranan mübahisə qısa müddətdə əlbəyaxa davaya çevrilib. Hadisəni sakitləşdirməyə çalışan Veysəl Rzayev bu zaman bıçaq xəsarəti alıb.