Naxçıvan şəhərində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az xəbər verir ki, hadisə Heydər Əliyev prospektində qeydə alınıb.
Belə ki, 75-BG-367 dövlət qeydiyyat nişanlı "AzSamand" markalı avtomobil 1994-cü il təvəllüdlü Rəsul Rasim oğlu Zeynalzadəni vurub.
Xəsarət alan şəxs Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdirilib.
Hadisə yerinə polis əməkdaşları cəlb olunublar. Faktla bağlı araşdırma aparılır.
Qaynar xətt:
(055) 224 12 12