Bakının Qaradağ rayonu, Lökbatan qəsəbəsi, "Qobu Park-2" yaşayış massivində baş vermiş yanğın zamanı 3-ü azyaşlı olmaqla 7 nəfər bina sakini təxliyə edilib.
Oxu.Az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
Qeyd olunu ki, FHN-in "112" qaynar telefon xəttinə "Qobu Park" yaşayış kompleksində yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri əraziyə cəlb olunub.
Bildirilib ki, əməliyyat şəraitinə uyğun olaraq həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində onmərtəbəli yaşayış binasının dördüncü mərtəbəsində baş vermiş yanğın genişlənməsinə, o cümlədən qonşu mənzillərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Təhlükəsizlik tədbirləri çərçivəsində 3-ü azyaşlı olmaqla 7 nəfər bina sakini təxliyə edilib.
Yanğın nəticəsində ümumi sahəsi 55 kv.m. olan üçotaqlı mənzilin mətbəxinin yanar konstruksiyaları və əşyalar 8 kv.m. sahədə yanıb.
Mənzilin böyük hissəsi və qonşu mənzillər yanğından mühafizə olunub.

Bakının Qaradağ rayonu, Lökbatan qəsəbəsi, "Qobu Park-2" yaşayış massivində yanğın baş verib.
Oxu.Az xəbər verir ki, hadisə massivin 13-cü binasında qeydə alınıb.
İlkin ehtimala görə, hadisə qaz sızması səbəbindən baş verib.
Fövqəladə Hallar Nazirliyindən (FHN) Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, yanğın qısa müddətdə söndürülüb:
"Məlumat daxil olan kimi dərhal əraziyə FHN-in Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə Xidmətlərinin qüvvələri cəlb olunublar. Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğın qısa müddətdə söndürülüb".
Oxu.Az-ın məlumatına görə, mənzildə olan yeniyetmə qaz plitəsində yemək qızdırandan sonra qaz açıq qalıb, sonra isə o yuxulayıb. Onun anası bu vaxt işdə imiş.
Sözügedən görüntünü təqdim edirik:
Aygün Mirakif