Çinin paytaxtında Qış Olimpiya Oyunlarının bağlanış mərasimi başa çatıb.
Pekinin Milli Stadionunda 2022-ci il Qış Oyunlarının Olimpiya məşəli söndürülüb.
Bundan əvvəl isə Beynəlxalq Olimpiya Komitəsinin rəhbəri Oyunları bağlı elan edib.
Qeyd edək ki, Olimpiya Oyunlarında 91 ölkədən idmançılar iştirak edib. Yarış boyunca yeddi idman növü üzrə 109 mükafat dəsti oynanılıb.
Beləliklə də, 2008-ci ildəki Yay Olimpiya Oyunlarının da Pekində keçirildiyini nəzərə alsaq, şəhər Yay və Qış Olimpiya Oyunlarına ev sahibliyi edən ilk məkan olub.
Növbəti Qış Olimpiya Oyunları 2026-cı ildə İtaliyanın Milan və Kortina şəhərlərində keçiriləcək.
Mənbə: TASS
16:10
Pekində 2022-ci il Qış Olimpiya Oyunlarının bağlanış mərasimi keçirilir.
Təntənəli tədbir 2008-ci ildə inşa edilmiş Pekin Milli Stadionunda təşkil olunub. Arena bu Olimpiadanın açılışına da ev sahibliyi edib.
Qeyd edək ki, yarışların yekun nəticələrinə əsasən, ölkələrin ümumi sıralamasında 37 medalla (16 qızıl, 8 gümüş, 13 bürünc) Norveç birinci, Almaniya (12 qızıl, 10 gümüş və 5 bürünc medal) ikinci, Rusiya isə 32 medalla üçüncü olub.
Medal əyarına görə isə ilk üçlüyü 9 qızıl, 4 gümüş və 2 bürünclə ev sahibi Çin tamamlayıb.