Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

AFFA üç klubu cərimələyib
AFFA İntizam Komitəsi üç klubu cərimələyib.
Oxu.Az-ın məlumatına görə, Azərbaycan Premyer Liqasının XXI turunda keçirilən “Səbail” - “Qarabağ” (1:2) və “Sabah” - “Turan Tovuz” (1:1) oyunlarında qeydə alınan neqativ hallara hüquqi qiymət verilib.
“Səbail”lə görüşdə dörd futbolçusu sarı vərəqə alan “Qarabağ” 700 manat cərimələnib. Qarşılaşmanın 66-cı dəqiqəsində qırmızı vərəqə alan ağdamlıların kapitanı Maksim Medvedevə birmatçlıq cəza verilib. Bu, “Qarabağ”ın daha 500 manat cərimə olunması ilə nəticələnib.
“Turan Tovuz”la ev oyunundan sonra meydana kənar şəxslərin daxil olması “Sabah”ı 800 manat ziyana salıb. Qonaq komandanın azarkeşlərinin oturduqları sektorda sındırılmış altı ədəd oturacaqla bağlı stadiona dəymiş zərərin “Turan Tovuz” klubu tərəfindən qarşılanması qərara alınıb.
"Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA)" teqi üzrə xəbərlər
- "Turan Tovuz" klubunun rəsmisi: "AFFA-nın qərarı ilə bağlı mövzuya rəy bildirməyəcəyik"
- Böyükağa Ağayev: "Turan Tovuz" və AFFA arasında baş verənlərdə federasiya haqlı tərəf idi"
- AFFA-dan "Turan Tovuz"a bəyanatı ilə bağlı XƏBƏRDARLIQ
- AFFA oyunları təxirə saldı
- Vaqif Sadıqov: "Premyer Liqanı 3 dövrədən ibarət keçirmək ən yaxşı seçimdir"