"İslandiyanı yaxşı təhlil etmişik".
Oxu.Az xəbər verir ki, bunu DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində keçiriləcək Azərbaycan və İslandiya yığma komandaları arasında oyundan əvvəl Azərbaycan millisinin müdafiəçisi Anton Krivotsyuk deyib.
O bildirib ki, millimizi çətin oyun gözləyir:
"Rəqibimizi yaxşı təhlil etmişik. İslandiyanın heyətində güclü futbolçular yer alıblar. Bizi çətin oyun gözləyir. Qarşılaşmaya yaxşı hazırlaşmışıq. İnanırıq ki, sabah yaxşı çıxış edəcəyik".
Qeyd edək ki, saat 21:00-da start götürəcək Azərbaycan - İslandiya oyunu noyabrın 13-də "Palms Sports Arena"da (8-ci km stadionu) keçiriləcək.
Murad Nəsimi