"Araz-Naxçıvan" heyətinə daha bir futbolçu cəlb edib.
Oxu.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, Çance Simakala Ba-Muaka ilə bir illik müqavilə imzalanıb.
28 yaşlı hücumçu artıq Bakıdadır.
Cinah yarımmüdafiəçisi kimi çıxış edə bilən Simakala müxtəlif illərdə vətəni Almaniyada "Borussiya Münhenqladbax", "Elfersberq", "Redinqhausen", "Kayzerslautern", "Xolştayn Kil", Niderlandın "Roda Kerkrad" klublarında forma geyinib.
O, son mövsümü Almaniyanın III Bundesliqa təmsilçisi olan "Osnabruk" komandasında keçirib. Hücumçu 2014-cü ildə Almaniyanın U-18 millisində də yer alıb.