Azərbaycan boksçusu Məhəmməd Abdullayev Polşada keçirilən III Avropa Oyunlarında yarımfinal döyüşünə çıxıb.
“Report”un yarışa ezam olunmuş əməkdaşının məlumatına görə, +92 kq çəki dərəcəsində çıxış edən dünya çempionatının mükafatçısı finala gedən yolda Nelvi Ram Tiafakla (Almaniya) qüvvəsini sınayıb.
Görüş boksçumuzun inamlı qələbəsi ilə başa çatıb. Abdullayev rəqibini 4:1 (29:28, 29:28, 29:28, 30:27, 28:29) hesabı ilə məğlub edərək, çempionluq şansını davam etdirib.
O, finala çıxmaqla özü üçün Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziyanı da rəsmiləşdirib. Bu, boksçularımızın Fransada təşkil olunacaq Olimpiadaya ikinci vəsiqəsi olub. Ondan öncə Murad Allahverdiyev (80 kq) bu uğura yiyələnib.
Qeyd edək ki, Allahverdiyev Avropa Oyunlarının bürünc medalını da qazanıb.
17:41
Qılıncoynatmanın sablya növü üzrə qadınlardan ibarət Azərbaycan milli komandası Polşada keçirilən III Avropa Oyunlarında çıxışını başa vurub.
“Report”un yarışa ezam olunmuş əməkdaşının məlumatına görə, Anna Başta, Palina Kaspiaroviç, Valeriya Bolşakova və Səbinə Kərimovadan ibarət kollektiv 5-ci yer uğrunda görüşdə İspaniya ilə üz-üzə gəlib.
Rəqibinə 42:45 hesabı ilə uduzan yığma yekunda 6-cı yeri tutub.
17:33
Azərbaycan kikboksçusu Elşad Şahbazov Polşada keçirilən III Avropa Oyunlarında mübarizəni dayandırıb.
“Report”un yarışa ezam olunmuş əməkdaşının məlumatına görə, 80 kq-da çıxış edən idmançı 1/4 finalda ukraynalı Artyom Melnikə 0:3 hesabı ilə uduzub.
Qeyd edək ki, bu gün mübarizəyə qoşulan digər kikboksçu Fərid Ağamoğlanov (63,5 kq) isə Avropa Oyunlarına qələbə ilə başlayıb.
O, iyulun 1-də norveçli Milton Ameriko Barrios Qalaretta ilə yarımfinal görüşünə çıxacaq.
17:30
Azərbaycan atıcısı Ruslan Lunyov Polşada keçirilən III Avropa Oyunlarında 25 metr məsafəyə tapança ilə atəş açmada finala yüksələ bilməyib.
“Report”un yarışa ezam olunmuş əməkdaşının məlumatına görə, ikiqat Avropa çempionu qrup formatında təşkil olunan yarımfinalda mübarizəni dayandırıb.
Qrupu sonuncu - 4-cü pillədə tamamlayan Lunyov Oyunlarla vidalaşıb.
Qadın atıcılarımızdan Ülviyyə Eyvazova və Aydan Camalova da Polşada keçirilən III Avropa Oyunlarında mübarizəni dayandırıb.
Məlumatına görə, təsnifat mərhələsinin (trap) 2-ci günündə çıxış edən idmançılar finala adlaya bilməyiblər.
Eyvazova 125 hədəfdən 120-ni, Camalova isə 125-dən 114-nü vurub.
15:29
Qılıncoynatmanın sablya növü üzrə qadınlardan ibarət Azərbaycan milli komandası Polşada keçirilən III Avropa Oyunlarında yarımfinala yüksələ bilməyib.
“Report”un yarışa ezam olunmuş əməkdaşının məlumatına görə, Anna Başta, Palina Kaspiaroviç, Valeriya Bolşakova və Səbinə Kərimovadan ibarət kollektiv 1/8 finalda İtaliya yığmasına uduzub - 42:45.
Azərbaycan millisi 5-ci yer uğrunda mübarizə aparacaq.









13:54
Azərbaycan atıcısı Ruslan Lunyov Polşada keçirilən III Avropa Oyunlarında 25 metr məsafəyə tapança ilə atəş açmada finala yüksəlib.
“Report”un yarışa ezam olunmuş əməkdaşının məlumatına görə, ikiqat Avropa çempionu təsnifat mərhələsinin 2-ci günündə 289 xal toplayıb.
İki günün nəticələrinə əsasən, xallarını 581-ə çatdıran snayper yekunda 6-cı pilləni tutaraq, həlledici raunda vəsiqə qazanıb.
Qeyd edək ki, qadın atıcılar Ülviyə Eyvazova və Aydan Camalova da təsnifat mərhələsinin (trap) 2-ci günündə mübarizə aparır. Hələlik Camalova 16-cı, Eyvazova isə 27-ci sırada qərarlaşıb.



13:14
Polşada keçirilən III Avropa Oyunlarında qılıncoynatmanın şpaqa növü üzrə kişilər arasında komanda yarışlarına start verilib.
“Report”un yarışa ezam olunmuş əməkdaşının məlumatına görə, Kənan Əliyev, Barat Quliyev və Ruslan Həsənovdan ibarət Azərbaycan millisi 1/8 finala vəsiqə uğrunda Estoniya ilə qarşılaşıb.
Rəqibinə 41:43 hesabı ilə məğlub olan komanda mübarizəni dayandırıb.



Bundan başqa, Azərbaycan kikboksçusu Fərid Ağamoğlanov Polşada keçirilən III Avropa Oyunlarında ilk döyüşünü keçirib.
63,5 kq-da “full-contact” növündə mübarizə aparan idmançı 1/4 finalda slovakiyalı Filip Barakla qarşılaşıb.
Rəqibinə 3:0 hesabı ilə qalib gələn Ağamoğlanov yarımfinala yüksəlib.
09:58
Azərbaycan idmançıları Polşada təşkil olunan III Avropa Oyunlarında bu gün 5 növdə mübarizə aparacaqlar.
“Report”un məlumatına görə, ölkə təmsilçiləri atıcılıq, qılıncoynatma, kikboksinq, çimərlik futbolu və boksda qüvvələrini sınayacaqlar.
Atıcılıq
11:00. Kişilər (25 metr məsafəyə tapança ilə atəş açma, təsnifat mərhələsi, 2-ci gün): Ruslan Lunyov
11:00. Qadınlar (Trap, təsnifat mərhələsi, 2-ci gün): Ülviyyə Eyvazova, Aydan Camalova
Qılıncoynatma
11:00. Kişilər (1/16 final, şpaqa, komanda): Kənan Əliyev, Ruslan Həsənov, Barat Quliyev
12:30. Qadınlar (1/8 final, sablya, komanda): Anna Başta, Valeriya Bolşakova, Palina Kaspiaroviç, Səbinə Kərimova
Kikboksinq
12:30. Kişilər (1/4 final): Fərid Ağamoğlanov - Filip Barak (Slovakiya)
17:00. Kişilər (1/4 final): Elşad Şahbazov - Artyom Melnik (Ukrayna)
Çimərlik futbolu
16:30. Kişilər. (5-8-ci yerlər uğrunda oyun): Azərbaycan - Ukrayna
Boks
17:45. Kişilər (80 kq, yarımfinal): Murad Allahverdiyev - Qabriyel Veoçiç (Xorvatiya)
22:45. Kişilər (92 kq, yarımfinal): Məhəmməd Abdullayev - Nelvi Ram Tiafak (Almaniya)