Ukrayna prezidenti Vladimir Zelenski Tokio Olimpiadasında çıxış etmiş ölkənin Olimpiya yığmasını qəbul edib. Qəbulda yunan-roma güləşü üzrə 67 kq çəki dərəcəsində Olimpiadanın gümüş medalını qazanan 23 yaşlı həmyerlimiz Pərviz Nəsibov da iştirak edib.
Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan əsilli idmançı özünün “Instagram” səhifəsində məlumat verib.
O, səmimi görüşə və çəkdikləri zəhmətə qarşılıq verilən dəyərə görə dövlət başçısına minnətdarlığını bildirib. Prezidentlə şəxsi tanışlığını özü üçün şərəf saydığını vurğulayan Pərviz, Zelenskinin iştirakı ilə Ukraynanın işıqlı gələcəyinin və çiçəklənməsinin təmin olunduğuna inandığını qeyd edib.
Посмотреть эту публикацию в Instagram
"Ukrayna" teqi üzrə xəbərlər
- Ukrayna dünyada ilk dəfə reaktiv dronu döyüş lazeri ilə vurub - Video
- İtaliyalı nazir "Mirotvorets" saytının bağlanmasını tələb etdi
- Zelenski Liviya limanında Rusiyanın hərbi gəmisini batırdıqlarını açıqladı - Video
- Kiyevdə yaşayış binası dronlarla vuruldu: 14 nəfər dağıntılar altında qalıb
- Zelenskidən ABŞ-yə çağırış: Ukraynada hərbi bazalar yerləşdirin
Digər xəbərlər