Futbol üzrə Azərbaycan Kubokunun qalibi olan "Sabah" komandası mükafatlandırılıb.
Oxu.Az xəbər verir ki, medalları AFFA-nın prezidenti Rövşən Nəcəf, baş katib Cahangir Fərəcullayev, Peşəkar Futbol Liqasının texniki idman direktoru Elgiz Abbasov təqdim ediblər.
İlk olaraq Misli Premyer Liqasının bombardiri olan "Qarabağ"ın oyunçusu Leandro Andradeyə mükafat təqdim edilib.
Ardınca ölkə kubokunun finalçısı "Qarabağ"a gümüş medallar verilib.
Sonda isə qalib "Sabah"ın üzvlərinə medal və kubok təqdim olunub.