Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Azərbaycan millisinin sabiq güləşçisi Rusiyada həbs edilib - VİDEO
Azərbaycanın sabiq yunan-Roma güləşçisi Cabbar Yusifi Rusiyada 3 il 2 ay müddətinə azadlıqdan məhrum edilib.
Bu barədə Moskva şəhərindəki Basmannı məhkəməsi qərar çıxarıb.
O, qanunsuz olaraq odlu silah, onların əsas hissələrini, döyüş sursatı satmaqda təqsirli bilinib.
Qeyd edək ki, Cabbar Yusifi 2023-cü ilin martında saxlanılıb. İdmançı qaçmaq istədiyi üçün polislər atəş açmağa məcbur qalıblar. Yoxlama zamanı məlum olub ki, saxlanılan şəxs İnterpolun axtarışında olan Cabbar Yusifidir. Rusiya onu qanunsuz silah saxlama, Ukrayna qəsdən adam öldürmə ittihamı ilə axtarıb. Həmin vaxt güləşçinin üzərində tapança aşkarlanıb.
Xatırladaq ki, Cabbar Yusifi daha əvvəl Yeniyetmələrin Olimpiya Oyunlarında yunan-Roma güləşi üzrə Azərbaycan millisinin heyətində çıxış edib.
Mənbə: TASS
Rəylər