Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Rusiyada saxlanılan azərbaycanlı qatil namus üstündə cinayət törədib - YENİLƏNİB + FOTO/VİDEO
Moskvada saxlanılan azərbaycanlı xüsusi təhlükəli cinayətkar Cabbar Yusifi anasını təhqir edən şəxsi qətlə yetirdiyinə görə bir neçə ölkədə İnterpol xətti ilə axtarışa verilib.
Bu barədə “İzvestiya”ya Yusifinin ilk məşqçisi Əsgər Kalaşov məlumat verib.
Kalaşovun sözlərinə görə, onun tələbəsi söhbət zamanı anasına təcavüz edən şəxslə haqq-hesab çəkdiyini etiraf edib.
“Axtarış siyahısına salındıqdan sonra mənə zəng edərək dedi ki, anasına hücum edən, ya zorlamağa cəhd edən, ya da artıq zorlayan şəxsi öldürüb. Onu məqsədyönlü şəkildə əvvəlcə Rusiyada, sonra isə qaçdığı Ukraynada axtarıb”, - deyə məşqçi bildirib.
16:02
Rusiyada Azərbaycandan olan xüsusi təhlükəli cinayətkar saxlanılıb.
Məlumata görə, o, avtomobili yoxlamaq üçün Moskva dairəvi yolunda dayanmaq tələbinə məhəl qoymayıb. Bundan sonra polis qanun pozucusunu təqib etməyə başlayıb. Cinayətkar avtomobili yaşayış evlərinin birinin yaxınlığında qoyaraq qaçmağa cəhd edib. Hüquq-mühafizə orqanlarının əməkdaşları xəbərdarlıq atəşi açaraq onu dayanmağa məcbur ediblər.
Polis axtarış zamanı cinayətkarın üzərində silah tapıb. Məlum olub ki, həmin şəxs eyni vaxtda bir neçə ölkədə axtarışda olan Cabbar Yusifidir. Onun adı Ukrayna vətəndaşının qəsdən öldürülməsinə görə “Interpol”un məlumat bazasındadır. Bundan əlavə, 29 yaşlı gəncin adı qanunsuz silah saxladığı üçün Rusiya bazasında qeydiyyatdadır.
Xatırladaq ki, Cabbar Yusifi Ukraynanın Dnepropetrovsk şəhərində 2021-ci il aprelin 22-də nümayişkaranə qətl həyata keçirib. Belə ki, 42 yaşlı Məmmədov Anar Xudakərim oğlunu azyaşlı uşağının yanında güllələyərək, hadisə yerindən qaçıb.
Cabbar Yusifi özü peşəkar idmançıdır, dəfələrlə əlbəyaxa döyüş və yunan-roma güləşi üzrə yarışlarda iştirak edib.
Mənbə: Kartoteka
"Ukrayna" teqi üzrə xəbərlər
- Rusiya hərbçiləri Donetskdə yaşayış məntəqəsini nəzarətə götürdülər
- Zelenski Ukraynanın bəzi səfirlərini və BMT-dəki daimi nümayəndəsini işdən azad edib
- Slovakiyanın baş nazirindən iddia: "Zelenski mənə 500 milyon avro rüşvət təklif etdi"
- Tatarıstanda yaşayış binasına dron hücumu: Ölkədə bütün kütləvi tədbirlər ləğv edildi
- Slovakiya Ukraynanı münaqişə ilə hədələdi
Rəylər