“Neftçi”nin hücumçusu Ruslan Qurbanov xorvat klubu “Xayduk”a baxışa yollanıb.
Oxu.Az xəbər verir ki, futbolçu rəsmi təklif alıb və yaxın günlərdə Xorvatiyaya uçacaq.
Ruslan Qurbanov 1991-ci ildə Stavropolda anadan olub. Müxtəlif Rusiya komandalarında çıxışlardan sonra 2010-cu ildə “Neftçi”yə keçib və bu komandanın tərkibində Azərbaycan çempionu olub. Sonra “Sumqayıt”a keçib, və yenidən “Neftçi”nin tərkibinə qayıdıb. Azərbaycanın gənclərdən ibarət yığmasında oynayıb.
“Xayduk”a gəldikdə isə bu, ən məşhur xorvat klublarından biridir, Yuqoslaviya və Xorvatiyanın çempionudur. Cari çempionatda “Xayduk” 3-cü yeri tutub.
F.H.
www.oxu.az