Bakı-2015 ilk Avropa Oyunlarında 49 kq çəki dərəcəsində mübarizə aparan Azərbaycanın qadın taekvondoçusu Patimat Abakarova 3-cü yer uğrunda döyüşə çıxıb.
Oxu.Az məlumatına görə, idmançımız bürünc medal uğrunda döyüşdə italiyalı taekvondoçu Erika Nikoliyə 13:0 hesabı qalib gəlib.
Kişilər arasında taekvondo yarışları üzrə Azərbaycanı 58 kq çəki dərəcəsində təmsil edən Məhəmməd Məmmədov isə 3-cü yer uğrunda döyüşdə belçikalı Si Mohamed Ketbiyə 4:5 hesabı ilə məğlub olub.
17:21
49 kq çəki kateqoriyasında çıxış edən azərbaycanlı taekvondoçu Patimat Abakarova yarımfinal döyüşünü keçirib.
Oxu.Az xəbər verir ki, təəssüf ki, serbiyalı Tiyana Boqdanoviçlə qarşılaşan həmyerlimiz 7:6 hesabı ilə məğlub olub.
Lakin bununla belə, Patimatın medal qazanmaq şansını qalmaqdadır. O, bürünc medal uğrunda mübarizəni davam etdirəcək.
15:42
58 kq çəki kateqoriyasında çıxış edən idmançımız Məhəmməd Məmmədov 1/4 mərhələdə məğlub oldu..
Oxu.Az xəbər verir ki, ispan Xesus Tortosa Qabrera ilə qarşılaşan Məhəmməd gərgin keçən döyüşdə 8:3 hesabı ilə məğlub olub.
49 kq çəki kateqoriyasında çıxış edən qadın idmançımız Patimat Abakarova isə 1/4 finalda yunan İoanna Kuotsouya 4:2 hesabı ilə qalib gələrək, yarımfinala yüksəlib.
11:04
Bu gün Bakı-2015 Avropa Oyunlarında taekvandoçuların mübarizəsinə start verilib.
Oxu.Az xəbər verir ki, 49 kq çəki kateqoriyasında Azərbaycanı təmsil edən Patimat Abakarova rusiyalı Aleksandra Liçaqinaya qarşı mübarizə aparıb 7:1 hesabı ilə qalib gəlib və növbəti mərhələyə yüksəlib.
O, 1/4 finalda İoanna Kuotsou (Yunanıstan) ilə qarşılaşacaq. Görüş saat 15:30-da start başlayacaq.
58 kq çəki kateqoriyasında çıxış edən idmançımız Məhəmməd Məmmədov isə ilk qarşılaşmada israilli Gili Haimovitsin üzərində inamlı qələbə qazanıb – 7:4.
Məhəmməd 1/4 finalda ispaniyalı Xesus Tortosa Qabrera ilə qarşılaşacaq, görüş saat 15:15-də başlayacaq.
09:59
Bu gün Bakı-2015 Avropa Oyunlarında taekvondoçuların mübarizəsinə start verilib.
Oxu.Az xəbər verir ki, ilk yarış günündə 2 çəki dərəcəsində idmançılar yarışacaqlar.
Belə ki, 58 kq çəki kateqoriyasında ölkəmizi təmsil edən Məhəmməd Məmmədov ilk qarşılaşmasını israilli Gili Haimovitsə qarşı keçirəcək və 10:45-də tatamiyə çıxacaq.
Qadınlar arasında 49 kq çəki kateqoriyasında çıxış edən Azərbaycan idmançısı Patimat Abakarova isə rusiyalı Aleksandra Liçaqinaya qarşı mübarizə aparacaq. Görüş saat 10:30-da başlayacaq.