Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Azərbaycan paraatleti: "Dördqat dünya çempionu olmaq mənim üçün qürurvericidir"
"Dördqat dünya çempionu olmaq mənim üçün qürurverici hissdir".
Oxu.Az xəbər verir ki, bunu Azərbaycan paraatleti Lamiyə Vəliyeva Milli Paralimpiya Komitəsinin Mətbuat Xidmətinə açıqlamasında deyib.
Yaponiyanın Kobe şəhərində keçirilən yarışda "T13" kateqoriyasında 400 metr məsafəyə qaçışda qızıl medal əldə edən idmançı ona dəstəkləyənlərə minnətdar olduğunu bildirib:
"Turnirə yaxşı hazırlaşırdım. Bu, son deyil. Parisdəki Yay Paralimpiya Oyunlarına güclü şəkildə hazırlaşacağam və öz Vətənimi layiqincə təmsil edəcəyəm".
Qeyd edək ki, bu, 22 yaşlı paralimpiya çempionunun ümumilikdə dördüncü dünya çempionluğudur. Lamiyə Vəliyeva Kobedəki yarışın ilk günündə 100 metr məsafəyə qaçışda fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. O, ötən il Fransanın paytaxtı Parisdə təşkil edilən dünya çempionatında da 100 və 400 metr məsafəyə qaçışda qızıl medala sahib çıxıb.
"Lamiyə Vəliyeva" teqi üzrə xəbərlər
- Gənclər və İdman Nazirliyi ilin ən yaxşılarını mükafatlandırıb
- Əcnəbi idmançı ilə evlənən Lamiyə Vəliyevanın həyat yoldaşının GÖRÜNTÜLƏRİ
- Lamiyə Vəliyeva afrikalı idmançı ilə ailə həyatı qurdu
- Paralimpiya çempionu: "Şadam ki, xalqımızı layiqincə təmsil etdim"
- Lamiyə Vəliyeva: "Azərbaycanın adı ən yüksək yerlərdə çəkilməlidir"