Riqada (Latviya) tərkibinə Azərbaycanın da daxil olduğu Şərqi-Avropa voleybol zona assosiasiyasının (EEVZA) rəhbər heyətinin iclası keçirilib.
Oxu.Az Çempionat.com-a istinadən xəbər verir ki, iclas zamaı çimərlik voleybolu 2015 üzrə U-18 yaş kateqoriyasında gənclər arasında regional çempionatın keçirilməsi barədə qərar qəbul edilib.
Çempionat Ermənistanda Göyçə gölünün sahilində keçiriləcək.
Turnirin keçirilmə tarixi məlum deyil.
EEVZA tərkibinə Azərbaycandan başqa Rusiya, Ermənistan, Belarus, Estoniya, Gürcüstan, Latviya, Litva, Polşa və Ukrayna daxildir.
Hələlik azərbaycanlı voleybolçuların Ermənistanda yarışlarda iştirak edəcəyi məlum deyil. Xatırladaq ki, daha öncə bizim cüdoçular və kamandan ox atmaq üzrə idmançılarımız çıxış ediblər. Cüdoçu Elmar Qasımov İrəvanda keçirilən gənclər arasında Avropa çempionatının qalibi olub.
F.H.
www.oxu.az