Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Azərbaycanın cüdo millisi Avropa Kubokunda dördüncü olub - FOTO
Azərbaycanın cüdo yığması İtaliyanın Liqnano şəhərində gənclər arasında keçirilmiş Avropa Kubokunda ümumi hesabda 4-cü, oğlanlar arasında isə 2-ci yeri tutub.
Bu barədə Azərbaycan Cüdo Federasiyası məlumat yayıb.
Bildirilib ki, idmançılarımız 2 qızıl, 1 gümüş və 3 bürünc medal qazanıblar.
Yarışın ikinci günündə Süleyman Şükürov (81 kq) gümüş medal qazanıb, Qədir Hüseynov isə 7-ci yerə çıxıb. Əjdər Bağırov (100 kq) qızıl, Nihad Şıxəlizadə (100 kq) bürünc medala sahib olublar. Ramazan Əhmədov (+100 kq) isə bürünc mükafat əldə edib.
Ən çox oxunanlar
Rəylər