Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Azərbaycanın İslamiadadakı medallarının sayı 72-yə çatıb
Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarının 12-ci yarış günündən sonra Azərbaycanın aktivindəki medalların sayı 72-yə yüksəlib.
“Report”un Konyaya ezam olunmuş əməkdaşı xəbər verir ki, medallardan 22-si qızıl, 28-i gümüş, 22-si bürünc əyarlıdır.
Bu nəticə ilə Azərbaycan iştirakçı ölkələrin ümumi sıralamasında dördüncü pillədə qərarlaşıb.
İlk üç mövqedə medal əyarında müvafiq olaraq Türkiyə 265 (106 qızıl, 89 gümüş, 70 bürünc), Özbəkistan 121 (43 qızıl, 30 gümüş, 48 bürünc) və İran 116 (37 qızıl, 35 gümüş, 44 bürünc) medalla qərarlaşıb.
İndiyədək ümumilikdə 56 ölkədən 42-si medal qazana bilib.
Qeyd edək ki, Azərbaycan yığması medallarını 16 növdə – güləş (8 qızıl, 8 gümüş, 7 bürünc), bədii gimnastika (5 qızıl, 2 gümüş, 1 bürünc), aerobika (2 qızıl, 3 gümüş), cüdo (1 qızıl, 3 gümüş, 1 bürünc) qılıncoynatma (1 qızıl , 2 gümüş, 2 bürünc) taekvondo (1 qızıl, 2 gümüş, 2 bürünc), idman gimnastikası (1 qızıl, 2 gümüş, 1 bürünc), atletika (1 qızıl, 2 gümüş), atıcılıq (1 qızıl, 1 gümüş), üzgüçülük (1 qızıl, 1 gümüş) ağırlıqqaldırma (1 gümüş, 3 bürünc), həndbol (1 gümüş), para-oxatma (2 bürünc), para-stolüstü tennis (1 bürünc), voleybol (1 bürünc) və futbolda (1 bürünc) əldə edib.
"İran" teqi üzrə xəbərlər
- Məsud Pezeşkian İrandakı təhsil haqqında: "Xalqla danışmağa cəsarət etmirəm"
- İranda həbsdə olan Almaniya vətəndaşı dörd ildən sonra azadlığa buraxıldı
- "Haber Global": İranı kimlər hədəfə çevirdilər?
- İran Suriya üzrə xüsusi nümayəndə təyin edib
- İranın paytaxtının köçürülməsi 37 milyard dollara başa gələ bilər
Rəylər