Bu gün Avropa Liqasında "Neftçi" klubu ilə qarşılaşacaq Serbiyanın "Partizan" klubunun Bakıdakı məşqində insident yaşanıb.
Oxu.Az ANS PRESS-ə istinadən xəbər verir ki, "Neftçi"nin azarkeşləri məşqə çıxan futbolçuları etiraz sədaları qarşılayaraq onlara bəzi əşyalar atıblar.
Futbolçuları gətirən avtobus da daşa basılıb. Artıq Serbiyanın Azərbaycandakı Səfirliyi də insidentlə bağlı etriaz bəyanatı yayıb. Azərbaycan tərəfinin serbiyalı futbolçuların təhlükəsizliyinin lazımınca təmin olunacağına ümid edildiyi bildirilib.
Qeyd edək ki, bir həftə əvvəl Serbiyada keçirilən "Partizan"-"Neftçi" matçı ev sahiblərinin 3:2 hesablı qələbəsilə başa çatmışdı. Cavab qarşılaşması bu gün 21:00-da baş tuitacaq.