Həvəskar boks üzrə dünya ikincisi Ramal Amanov peşəkar rinqdə növbəti döyüşünə çıxacaq.
Oxu.Az-ın xəbərinə görə, 35 yaşlı idmançı ABŞ-ın Nyu-York şəhərindəki “Madison Square Garden”da təşkil olunacaq boks gecəsində super yarımorta çəkidə yerli idmançı Brayan Sebalyo ilə mübarizə aparacaq.
Döyüş gecəsi ABŞ vaxtı ilə axşam saat 7-də başlayacaq. Səkkiz görüşdən dördüncüsündə məhz bizim idmançı rinqə çıxacaq.
Ramal Amanovun bu, peşəkar rinqdə 17-ci görüşü olacaq. Bundan əvvəl boksçumuz keçirdiyi 16 görüşdə qalib gəlib. Onun rəqibi isə keçirdiyi 10 görüşün hamısında qələbə qazanıb. Maraqlıdır ki, çəkiölçmə mərasimində təşkilatçılar Ramalın Azərbaycanı təmsil etdiyini qeyd etməyiblər.
Azərbaycanlı boksçu peşəkar rinqdə amerikana qarşı - FOTO/VİDEO
Gecənin əsas döyüşü qazaxıstanlı məşhur boksçu GGG Gennadi Qolovkinlə ukraynalı Sergey Derevyançenko arasında olacaq. Bütün görüşlər Rusiyanın “Matç Boyets” telekanalı vasitəsilə canlı yayımlanacaq.
Onu da bildirək ki, Ramal Amanov ilk dəfə peşəkar rinqdə döyüşünü 2013-cü ilin iyunun 12-də rusiyalı Denis Kenjeqaliyevə qarşı keçirib.
Səbuhi Musayev
Rəylər