Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Azərbaycanlı cüdoçu dünya çempionu oldu - FOTO
Baham adalarının Nassau şəhərində gənc cüdoçuların dünya birinciliyinə start verilib.
Oxu.Az-ın məlumatına görə, mötəbər yarışın ilk günü Azərbaycan idmançıları üçün uğurlu olub.
55 kq çəki dərəcəsində mübarizə aparan Balabəy Ağayev və Rövşən Əliyev bütün rəqiblərinə qalib gələrək finala çıxıb.
Balabəy həlledici görüşə qədər Monqolustan, Hollandiya, Meksika, Rövşən Əliyev isə Macarıstan, Yaponiya və Qırğızıstan idmançılarını məğlub edib.
Azərbaycan finalının qalibi adına Rövşən Əliyev layiq görülüb. Cüdoçumuza dünya çempionatının qızıl medalı verilib və onun şərəfinə dövlət himnimiz səsləndirilib, üçrəngli bayrağımız qaldırılıb.
Digər cüdoçumuz Balabəy Ağayevə mundialın gümüş medalı təqdim olunub.
Qızların mübarizəsində 44 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Şəfəq Həmidova bürünc medal uğrunda belçikalı Loi Peti ilə qarşılaşıb və görüşdən məğlub ayrılaraq V yeri tutub.
Beləliklə Azərbaycan cüdoçuları dünya birinciliyinin ilk yarış günündə bir qızıl və bir gümüş medal qazanıblar.
"Cüdo" teqi üzrə xəbərlər
- Azərbaycan cüdoçusu Çempionlar Liqasında bürünc medal qazanıb
- Cüdo üzrə Azərbaycan çempionatının komanda yarışlarına yekun vurulub
- Azərbaycan cüdoçusu klublararası Avropa çempionatında iştirak edəcək
- Azərbaycan cüdoçusu Avropa çempionatında bürünc medal qazanıb
- Türkiyə millisinin sabiq azərbaycanlı baş məşqçisi nəyə görə məhkəməlik olub? - SƏBƏB
Rəylər