Azərbaycan Dövlət Televiziyasının (AzTV) idman şərhçisi Tərlan Şahinoğlu İngiltərə Premyer Liqası çərçivəsində keçirilən "Mançester Yunayted" - "Aston Villa" matçını şərh edərkən maraqlı açıqlamaları ilə diqqət çəkib.
Oxu.Az xəbər verir ki, şərhçi "qırmızı şeytanlar"ın uğursuz çıxışlarını əsas gətirərək bir daha "Mançester Yunayted"in oyunlarını şərh etmək istəmədiyini bildirib.
"Mən artıq yorulmuşam. Etiraf edim ki, artıq "Mançester Yunayted"in oyunlarını şərh etmək istəmirəm və çox güman ki, bundan sonra da şərh etməyəcəyəm. Rəhbərlikdən də xahiş edəcəyəm ki, məni bu klubun oyunlarına təyin etməsinlər. Nə qədər ki, vəziyyət bu cürdür, mən bu komandanın oyunlarını şərh etmək istəmirəm", - deyə o, matçın gedişində bildirib.
Qeyd edək ki, "Aston Villa" ilə qarşılaşmada 2:4 hesabı ilə geridə olan "qırmızı şeytanlar" yalnız son dəqiqələrdə vurduqları iki qolla məğlubiyyətdən xilas ola biliblər.
"Mançester Yunayted" 10 turdan sonra 8 xal toplayaraq 20 komandanın mübarizə apardığı Premyer Liqanın turnir cədvəlində 18-ci pillədə qərarlaşıb.