"Mart ayından başlayan tikinti işləri əsasən pit və komanda binalarında davam etdirilir".
Oxu.Az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Bakı Şəhər Halqasının tikinti şöbəsinin meneceri Sübhan Manafzadə "Formula-1" üzrə builki Azərbaycan Qran-prisinə hazırlıq çərçivəsində media tur zamanı deyib.
"Olduğumuz ərazidə tikinti hissəsinin 80 faizini tamamlamışıq. Avqustda ümumi trasın tikinti işlərinə başlamağı planlaşdırırq. Bu, əvvəlki illərlə müqayisədə 12 həftədən 6 həftəyə endirilib. Nəqliyyatın hərəkətinə maneə yaratmamaq üçün vaxtı maksimum qısaltmağa çalışmışıq. Ümumilikdə fərqli sahələr üzrə 1 500-1 700 aralığında insan işlərə cəlb olunub. Ötən il azarkeş tribunasında oturacaqların sayı 18 mindən 20 minədək yüksəldilib".
Qeyd edək ki, Azərbaycan Qran-prisi sentyabrın 19-21 aralığında baş tutacaq.
Anar Həsənov