Fevral ayının 23-də Sərhədçi olimpiya mərkəzində “Best of the Best” World Max Final Four Azerbaijan möhtəşəm yarışı olacaq.
Oxu.Az İnterpress.az-a istinadən xəbər verir ki, K-1 üzrə turnir Sərhədçi İdman Olimpiya Kompleksində Azərbaycan, Avropa və Asiya idmançılarının iştiraki ilə keçiriləcək.
Yarış öncəsi “Best of the Best” Bakıda World Max Final Four Azerbaijan adlı K-1 turnirin promouşen qrupunun rəhbəri Elnur Məmmədov söyləyib ki, yarışan idmançılarla yanaşı, təşkilatçılar turnirə bu döyüş növünün əfsanələrini də dəvət ediblər:
“Turnirin fəxri qonaqları K-1 döyüş növünün tanınmış simaları Badr Hari və Melvin Manhoef olacaq: Biz tamaşaçıların daha çox döyüş izləməsi üçün reytinq görüşləri təşkil etmişik. Final döyüşündə dörd idmançı çıxış edəcək. Bunlar Şeyn Kempell, Enriko Kel, Sunq Xyunq Li və K-1 döyüş növü üzrə Dünya Qran-prisinin ikiqat qalibi Buakav Por Pramukdur".
Qrupun rəhbəri Elnur Məmmədov döyüşlərda iştirak edən idmançılarımızın adlarını da açıqlayıb.
63 kq, Amil Şahmarzadə (AZE) - Zakaria Zouharry (MAR)
83 kq, Ruslan Kobzev (RUS) - Dennis Matthew (NED)
72 kq, Babək Rüstəmov (AZE) - Miodrag Olar (ROU)
71 kq, Alim Nəbiyev (UKR) - Çad Sugden (GBR)
70 kq, Ziya Bayramov (AZE) - müəyyənləşməyib.
70 kq, İsmət Ağazadə (AZE) - Cedric Manhoef (SUR)
85 kq, Samet Kesser (TUR) - Lazar Daniel (ROU)
70 kq, Moises Ruibali - Fabio Kvasi
72,5 kq, Tural Bayramov (AZE) - Mukai Maromo (CAN)
100kq+, Ağalar Sadıxzadə (AZE) - Corc Kolin (SUR)
Tamaşaçıları bir-birindən maraqlı döyüşlər gözləyir.