Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Boks millimizin baş məşqçisi getdi, yenisi ilə danışıqlar aparılır
Boks üzrə kişilərdən ibarət Azərbaycan milli komandasının baş məşqçisi Vaqif Şirinovun istefa ərizəsinə baxılıb.
Boks Federasiyasının mətbuat xidmətinin məlumatına əsasən, rəhbərliyin iştirakı ilə keçirilən iclasda mütəxəssisin müraciəti müzakirə olunub.
Səhhəti ilə bağlı milli komandadan ayrılmaq istəyən V.Şirinovun istəyi müsbət dəyərləndirilib.
Artıq yeni baş məşqçi ilə danışıqlara start verilib. Yaxın günlərdə millini çalışdıracaq mütəxəssisin adı açıqlanacaq.
Qeyd edək ki, V.Şirinov ötən ilin noyabrında komandaya baş məşqçi təyin olunmuşdu. O, bunadək iki il ərzində gənclərdən ibarət millimizi çalışdırıb.
"Azərbaycan" teqi üzrə xəbərlər
- COP29-da tərəflər 300 milyard dollar vəsaitin ayrılmasına dair RAZILAŞMA ƏLDƏ EDİBLƏR
- Marina Silva: "İqlim maliyyəsi həssas ölkələrə güzəşt deyil, iqlimlə mübarizə üçündür"
- COP29-un bağlanış plenar iclasında Paris Sazişinin 6-cı maddəsi tam təsdiqlənib
- COP29-un yüksək səviyyədə təşkilinə görə Azərbaycana təşəkkür barədə qətnamə layihəsi qəbul olundu
- Azərbaycanla Braziliya arasında bir il: COP30-dək hansı hədəflərə çatmalıyıq?
Rəylər