Hazırda stadion problemi yaşayan bölgə klublarının çıxış edəcəyi stadionlar açıqlanıb.
Oxu.Az xəbər verir ki, jurnalistlərə açıqlamasında Peşəkar Futbol Liqasının (PFL) texniki idman direktoru Elgiz Abbasov bildirib ki, bölgə klublarının oynayacağı stadionlar bəlli olub.
Belə ki, "Turan Tovuz" klubu "Azərsun Arena"da, "Karvan" klubu Şamaxı şəhər stadionunda, "İmişli" klubu Quba Olimpiya İdman Kompleksində, "Kəpəz" klubu Qəbələ şəhər stadionunda çıxış edəcək.
Qeyd edək ki, Azərbaycan Premyer Liqasına avqustun 15-də start veriləcək.
Anar Həsənov