Hollandiya yığması Dünya Çempionatını 3-yer uğrunda qarşılaşmasında Braziliya millisini darmadağın etdi, 3:0.
Oxu.Az xəbər verir ki, artıq 3-cü dəqiqədə Robin Van Persi 11-metrlik cərimə zərbəsindən oyunda hesabı açdı.
14 dəqiqə sonra Deyli Blind hesab arasındakı fərqi iki topa çatdırdı. Hakimin əlavə etdiyi dəqiqələrdə isə Georginio Veynalum oyunda son nöqtəni qoydu.
Hollandiya 3:0 Braziliya.