Böyük Britaniya hökuməti "Çelsi" futbol klubunun sabiq prezidenti Roman Abramoviçi məhkəməyə verməyə hazırlaşır.
Oxu.Az bu barədə "Bloomberg" nəşrinə istinadən məlumat yayıb.
Belə ki, Böyük Britaniya rusiyalı biznesmenin "Çelsi"nin satışından əldə etdiyi 2.34 milyard funt-sterlinqi Ukraynaya humanitar yardım üçün sərf etmək niyyətindədir.
Artıq bununla əlaqədar Böyük Britaniyanın maliyyə naziri Reyçel Rivz və xarici işlər naziri Devid Lammi bəyanatla çıxış ediblər.