Azərbaycan cüdoçusu Əhməd Yusifov Bakıda keçirilən dünya çempionatının qalibi olub.
Oxu.Az xəbər verir ki, 60 kq çəki dərəcəsində yarışan idmançımız finalda qazaxıstanlı Şerzod Davlatovu məğlub edib.
Bununla da Azərbaycan komandası turnirdəki ilk medalını qazanıb.
Azərbaycan cüdoçusu Əhməd Yusifov Bakıda, Milli Gimnastika Arenasında keçirilən dünya çempionatında finala vəsiqə qazanıb.
Oxu.Az xəbər verir ki, 60 kq çəki dərəcəsində mübarizə aparan milli komandanın üzvü yarımfinalda Çin Taypeyi təmsilçisi Yanq Yunq Veyi məğlub edib.
Əhməd Yusifov bu gün keçiriləcək final görüşündə Qazaxıstan təmsilçisi Şerzod Davlatovla qarşılaşacaq.
Azərbaycan cüdoçusu Əhməd Yusifov Bakıda keçirilən dünya çempionatında növbəti qələbəsini qazanaraq yarımfinala vəsiqə əldə edib.
Oxu.Az xəbər verir ki, 60 kq çəki dərəcəsində mübarizə aparan idmançı 1/4 final mərhələsində rusiyalı Ayub Bliyevi məğlub edib.
Əhməd Yusifov yarımfinalda Çin təmsilçisi Yunq Vey Yanqla qarşılaşacaq.
Azərbaycan cüdoçusu Könül Əliyeva Bakıda keçirilən dünya çempionatında mübarizəni dayandırıb.
Oxu.Az xəbər verir ki, 48 kq çəki dərəcəsində çıxış edən idmançı 1/8 final mərhələsində rusiyalı Sabina Giliazovaya məğlub olub.

Azərbaycan cüdoçusu Əhməd Yusifov Bakıda keçirilən dünya çempionatında ikinci qələbəsini qazanıb.
Oxu.Az xəbər verir ki, 60 kq çəki dərəcəsində mübarizə aparan idmançı 1/8 final mərhələsində Hindistan təmsilçisi Harş Sinhi məğlub edib.
Əhməd Yusifov 1/4 finalda rusiyalı Ayub Bliyevlə qarşılaşacaq.
Azərbaycan cüdoçusu Balabəy Ağayev Bakıda keçirilən dünya çempionatında mübarizəni dayandırıb.
Oxu.Az xəbər verir ki, 60 kq çəki dərəcəsində çıxış edən idmançımız 1/8 final mərhələsində ABŞ təmsilçisi Conatan Yanqa məğlub olub.

Azərbaycan cüdoçusu Könül Əliyeva Bakıda keçirilən dünya çempionatında 1/8 final mərhələsinə yüksəlib.
Oxu.Az xəbər verir ki, 48 kq çəki dərəcəsində mübarizə aparan idmançımız 1/16 finalda Çili təmsilçisi Mari Di Varqas Leyanı məğlub edərək növbəti mərhələyə adlayıb.
Azərbaycan cüdoçusu Əhməd Yusifov Bakıda keçirilən dünya çempionatında 1/8 final mərhələsinə yüksəlib.
Oxu.Az xəbər verir ki, 60 kq çəki dərəcəsində mübarizə aparan idmançımız 1/16 finalda Monqolustan təmsilçisi Tumenjarqal Tuvşinturu məğlub edib.
Azərbaycan cüdoçusu Balabəy Ağayev Bakıda keçirilən dünya çempionatında ilk qələbəsini qazanıb.
Oxu.Az xəbər verir ki, 60 kq çəki dərəcəsində mübarizə aparan idmançımız 1/16 final mərhələsində Ukrayna təmsilçisi Dilşot Xalmatovu məğlub edərək növbəti mərhələyə yüksəlib.
Balabəy Ağayev 1/8 finalda ABŞ təmsilçisi Conatan Yanqla qarşılaşacaq.
Azərbaycan cüdoçusu Şəfəq Həmidova Bakıda keçirilən dünya çempionatında mübarizəni dayandırıb.
Oxu.Az xəbər verir ki, 48 kq çəki dərəcəsində çıxış edən idmançımız 1/32 final mərhələsində Madaqaskar təmsilçisi Nataşa Razafindrakaloya məğlub olub.

Bu gün Bakıda cüdo üzrə böyüklər arasında dünya çempionatına start veriləcək.
Oxu.Az xəbər verir ki, Milli Gimnastika Arenasında keçiriləcək mundialın ilk günündə qadınlar arasında 48 kq, kişilər arasında isə 60 kq çəki dərəcələrində mübarizə aparılacaq.
Azərbaycan millisinin dörd üzvü yarışın ilk günündə tatamiyə çıxacaq.
48 kq çəki dərəcəsində mübarizə aparan Şəfəq Həmidova 1/32 final mərhələsində Madaqaskar təmsilçisi Nataşa Razafindrakalo ilə qarşılaşacaq. Könül Əliyeva isə mübarizəyə 1/16 final mərhələsindən başlayacaq. Onun rəqibi Çilini təmsil edən Mari Di Varqas Ley olacaq.
Kişilərin 60 kq çəki dərəcəsində Balabəy Ağayev 1/16 finalda belaruslu Artsiom Kolasau ilə ukraynalı Dilşot Xalmatov arasındakı görüşün qalibi ilə qarşılaşacaq. Əhməd Yusifovun rəqibi isə özbəkistanlı Baxrom Boturovla monqolustanlı Tumenjarqal Tuvşintur arasındakı duelin qalibi olacaq.
Oktyabrın 11-dək davam edəcək dünya çempionatında 93 ölkədən 622 cüdoçu - 335 kişi və 287 qadın iştirak edəcək.
Azərbaycan fərdi yarışlarda 13 çəki dərəcəsi üzrə 24 cüdoçu ilə təmsil olunacaq. Onlardan 17-si kişi, 7-si qadındır. Milli komandamız oktyabrın 11-də keçiriləcək qarışıq komanda yarışında da mübarizə aparacaq.
