UEFA Çempionlar Liqasının Liqa mərhələsinin I turunda səfərdə "Benfika" ilə qarşılaşmada qələbə qazanan "Qarabağ" klubu vətənə qayıdıb.
Oxu.Az xəbər verir ki, komandamızı Bakıya gətirən təyyarə az əvvəl Heydər Əliyev adına Beynəlxalq Hava Limanına eniş edib.
Aeroportda "Qarabağ"ı fanatlar böyük coşqu ilə qarşılayıblar.
Qeyd edək ki, qarşılaşma Ağdam təmsilçisinin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.
Daha çox foto burada: PhotoStock.az
Murad Həsənov