Çempionlar Liqasının 1/4 final mərhələsində daha iki oyun keçirilib.
Oxu.Az xəbər verir ki, hər iki görüşdə eyni hesab qeydə alınıb.
İddialı "Barselona” səfərdə PSJ-nin qonağı olub. Kataloniya təmsilçisi 1:3 hesabı ilə qalib gəlib.
Digər matçda "Bavariya” “Porto”-nun hücumları qarşısında aciz qalıb. Almaniyada ilk görüşdəki nəticənin revanşını almağa çalışacaq.
Çempionlar Liqası
1/4 final, ilk oyunlar
15 aprel
PSJ – “Barselona” - 1:3
Qollar: van der Vil, 82 ; - Neymar, 19 ; Suares, 67 ; 79.
“Porto” – “Bavariya”- 3:1
Qollar: Quareşma, 3 (pen.) ; 10 ; Martinez, 65 ; - Tyaqo Alkantara, 28.
E.Ə.
www.oxu.az