Çempionlar Liqasında (ÇL) qrup mərhələsinə yekun vurulur.
Oxu.Az xəbər verir ki, ilk olaraq A, B, C və D qruplarında sonuncu turun matçları baş tutub.
Çempionlar Liqası
Qrup mərhələsi, VI tur
6 dekabr
A qrupu
“Bazel” (İsveçrə) – “Arsenal” (İngiltərə) - 1:4
Qollar: Dumbia, 78 - Perez, 8, 16, 47, İvobi, 54
Baş hakim: Manuel de Souza (Portuqaliya)
PSJ (Fransa) – “Ludoqorets” (Bolqarıstan) - 2:2
Qollar: Kavani, 61, Di Mariya, 90+2 - Mijican, 15, Vanderson, 69
Baş hakim: Tasos Sidiropulos (Yunanıstan)
B qrupu
“Benfika” (Portuqaliya) – “Napoli” (İtaliya) - 1:2
Qollar: Ximenez, 87 - Kaleyxon, 60, Mertens, 79
Baş hakim: Antonio Mateu Lahoz (İspaniya)
“Dinamo” (Kiyev, Ukrayna) – “Beşiktaş” (Türkiyə) - 6:0
Qırmızı vərəqələr: Bek, 29, Abubakar, 56 (“Beşiktaş”)
Qollar: Besedin, 9, Yarmolenko, 31 (pen.), Buyalski, 33, Qonzales, 45+3, Sidorçuk, 60, Moraeş, 77
Baş hakim: Kreyq Tomson (Şotlandiya)
C qrupu
“Barselona” (İspaniya) – “Borussiya” (Mönhenqladbax, Almaniya) - 4:0
Qollar: Messi, 16, Arda, 50, 53, 67
Baş hakim: Sergey Karasyov (Rusiya)
“Mançester Siti” (İngiltərə) – “Seltik” (Şotlandiya) - 1:1
Qollar: İhenaço, 8 - Roberts, 4
Baş hakim: Slavko Vinçiç (Sloveniya)
D qrupu
“Bavariya” (Almaniya) – “Atletiko” (İspaniya) - 1:0
Qol: Levandovski, 28
Baş hakim: Klemen Turpin (Fransa)
PSV (Hollandiya) – “Rostov” (Rusiya) - 0:0
Baş hakim: Dəniz Aytəkin (Almaniya)
Bu nəticələrdən sonra, “A” qrupunda 1/8 final mərhələsinə “Arsenal”ın qrup lideri kimi, PSJ-nin isə qrip 2-cisi kimi vəsiqə qazanıb. Avropa Liqasına vəsiqə Fransada xal qazanan “Ludoqorets”ə nəsib olub.
“B” qrupunda 1/8 finala “Napoli” ilə “Benfika” çıxıb. Neapol təmsilçisi Lissabonda rəqibini məğlub edərək qrup lideri olub. “Dinamo Kiyev”ə 0:6 hesabı ilə uduzan “Beşiktaş” isə mübarizəni Avropa Liqasında davam etdirəcək.
“C” qrupunda İspaniyanın “Barselona” və İngiltərənin “Mançester Siti” klubu müvafiq olaraq ilk iki pillədə yer alıb. Almaniyanın “Borussiya” (Münhenqladbax) klubu isə yoluna Avropa Liqasında davam edəcək.
“D” qrupunda isə İspaniya “Atletiko”su ilə Almaniya “Bavariya”sı gecənin nəticələrindən asılı olmayaraq 1 və 2-ci pilləni tutaraq yollarına davam edirlər. Bu qrupdan Avropa Liqasına yollanacaq komanda isə Rusiya “Rostov”u olub.
E.Ə.
www.oxu.az