Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Çempionlar Liqasının qalibi olan azərbaycanlı futbolçular ölkəyə dönüblər
Polşanın paytaxtı Varşava şəhərində keçirilən minifutbol üzrə Çempionlar Liqasının qalibi olan "Birbaşa Bakı" komandası Vətənə geri dönüb.
Oxu.Az xəbər verir ki, komandanı Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycan Minifutbol Federasiyasının nümayəndələri, ailə üzvləri, media mənsubları, azarkeşlər qarşılayıblar.
Xatırladaq ki, "Birbaşa Bakı" finalda Çexiyanın "Brno" kollektivini 2:1 hesabı ilə məğlub edərək Çempionlar Liqasının qalibi olub.
Daha çox foto burada: PhotoStock.Az
Anar Həsənov
"Minifutbol" teqi üzrə xəbərlər
- Qaradağda yeni stadion və idman zalları tikiləcək: Milyonlarla manatlıq layihə
- Filip Yuda: "İnanıram ki, Bakıda keçiriləcək dünya çempionatı əla olacaq"
- Bu gün Azərbaycan çempionatında qalib bəlli olacaq
- Millimizin üzvü Avropanın ən yaxşısı seçildi
- Azərbaycan futbolçuları Çempionlar Liqasının qalibi oldular
Ən çox oxunanlar