2014-cü il Soçi Qış Olimpiya Oyunlarında dağ xizəkçiliyi növündə slalom yürüşlərinin ilk mərhələsi başa çatıb.
Oxu.Az Lent.az-a istinadən xəbər verir ki, Azərbaycan təmsilçisi Qaya Bassani Antivari start xəttinə çıxmayıb.
Nəticədə o, final yürüşünə vəsiqə qazana bilməyib. İtaliyalı legionerin bu qərarının səbəbi açıqlanmır.
Antivari daha öncə bütün diqqətini slalom yürüşlərinə yönəldəcəyini səbəb göstərərək, nəhəng slalom mübarizəsindən də imtina edib.
Səksən səkkiz idmançıdan 61-i növbəti mərhələyə yüksəlmişdir.