Fransa yığması və İspaniyanın “Real Madrid” klubunun futbolçusu Kərim Benzema “Qızıl top” mükafatının təqdimetmə mərasimində iştirak etməkdən imtina edib.
Bu barədə Sport.es məlumat yayıb.
Qeyd edək ki, bir qədər əvvəl Portuqaliya millisi və İngiltərənin “Mançester Yunayted” komandasının forvardı Kriştianu Ronaldunun da mərasimə qatılmayacağı aydınlaşıb.
Xatırladaq ki, bu gün Fransanın paytaxtı Parisdə təşkil olunacaq tədbir Bakı vaxtı ilə saat 23:30-da başlayacaq. Adıçəkilən hər iki futbolçu mükafata iddialı 30 namizəddən biridir.