Braziliyanın Resifə şəhərinin “Arena Pernambuko” stadionunda “D” qrupunun ikinci turunda İtaliya yığması Kosta-Rika ilə üz-üzə gəldi.
Oxu.Az xəbər verir ki, oyun amerikalıların minimal hesabla (1:0) qələbəsi ilə bitdi. Yegənə qolu oyunun 44-cü dəqiqəsində Brayan Ruis vurdu.
Və bu təsadüf deyildi. Kostarikalılar italyanlardan daha üstün oyun nümayiş etdirdilər və layiqli qələbə qazandılar. İtalyanlar isə əksinə, çox passiv və inamsız oynadılar.
Latın Amerika təmsilçiləri 6 xal toplayıb pley-offa vəsiqəni özlərinə təmin etdilər. İtalyanlar isə son turda Uruqvay yığması ilə ikinci vəsiqənin taleyini həll edəcəklər.
Bu qələbə həmçinin ingilislərin pley-off ümidlərini puça çıxardı. Onlar da ispanların ardınca evə yollana bilərlər.