“C” qrupunun ikinci turunda Yaponiya və Yunanıstan qarşılaşdı.
Oxu.Az xəbər verir ki, oyun qolsuz bərabərlik ilə bitdi.
Əlbəttə, yaponlar qələbəyə daha layiq idilər. 38-ci dəqiqədə Kaçuranisin qırmızı vərəqə alaraq komandasını azlıqda qoymasından sonra, yunanlar qələbə ümidini itirdilər.
Oyunun ikinci yarısı bütövlüklə yaponların hücumları şəraitində keçdi. Onlar bir neçə dəfə yunanların qapısı qarşısında təhlükəli vəziyyət yaratsalar da, bu az idi.
Bu bərabərlik isə Kolumbiya yığmasına vaxtından əvvəl pley-offa vəsiqəni təmin etdi.