“Qalatasaray”ın ulduz futbolçusu Didye Droqba mədən faciəsində dünyasını dəyişənlərin ailələrinə maddi yardım edib.
Oxu.Az ANS PRESS-ə istinadən xəbər verir ki, Fil Dişi sahilli oyunçu Türkiyədə keçirilən kampaniya çərçivəsində Somadakı ailələrə 1 milyon avro maddi yardım köçürüb.
Ulduz futbolçu Droqba həmçinin vəfat edən mədən işçilərinin ailələrinə İnstagram hesabından başsağlığı verib:
“Bütün işçilərin ailəsinə başsağlığı verir və səbir diləyirəm. Başımız sağ olsun”.
Xatırladaq ki, mayın 13-də yerli vaxtla saat 15:45-də Türkiyənin Manisa vilayətinin Soma rayonundakı kömür mədənində dəhşətli partlayış baş verib. Hadisə zamanı mədəndə 700-dən artıq fəhlə olub və onlardan bu dəqiqəyə qədər 284 nəfərin dünyalarını dəyişdiyi təsdiqlənib. Hadisə nəticəsində çoxlu sayda fəhlə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.