Xəbər verdiyimiz kimi, müğənni Roza Zərgərli Türkiyənin məşhur “Pankart” rok qrupu ilə birgə ifa etdiyi “Oyuncaq” adlı mahnıya klip çəkdirib.
Oxu.Az xəbər verir ki, klipin rejissoru Elşən Babayevdir.
Çəkilişlər Şəkidə baş tutub. Qrupun və müğənninin stilisti isə Elnur Həsənovdur.
Sözügedən klip Azərbaycanla yanaşı, Türkiyənin tanınmış musiqi kanallarında da yayımlanacaq.