Türkiyənin "Fənərbağça" klubu baş məşqçi İsmail Kartalla iki illik müqavilə imzalayacaq.
Oxu.Az "Fanatik" nəşrinə istinadən xəbər verir ki, tərəflər arasında müqavilənin bütün şərtləri razılaşdırılıb.
İsmail Kartalın "Fənərbağça"nı çalışdırması ilə bağlı rəsmi açıqlama günün sonunadək açıqlanacaq.
Joze Mourinyo ilə yolları ayıran "Fənərbağça" klubunu yenidən İsmail Kartal çalışdıracaq.
Oxu.Az xəbər verir ki, bu barədə jurnalist Sercan Hamzaoğlu məlumat yayıb.
Bu onun İstanbul nəhəngində dördüncü dönəmi olacaq.
Qeyd edək ki, İsmail Kartal bu gün keçiriləcək klub rəhbərliyinin iclasından sonra rəsmən açıqlanacaq.