Bu axşam UEFA Avropa Liqasında pley-off mərhələsinin son oyunları keçiriləcək.
Oxu.Az xəbər verir ki, "Fənərbağça" İngiltərədə "Nottingem Forest"in qonağı olacaq.
İzləyicilər "Nottingem Forest" - "Fənərbağça" oyununu İctimai TV-də izləyə biləcəklər.
Günün digər maraqlı qarşılaşmalarında isə "Bolonya" "Bran"la üz-üzə gələcək. Həmçinin UEFA Konfrans Liqasının pley-off mərhələsində Türkiyənin "Samsunspor" klubu Şimali Makedoniyanın "Şkendiya" klubu ilə qarşılaşacaq. Hər iki qarşılaşma "CBC Sport" TV-də canlı yayımlanacaq.
UEFA Konfrans Liqası
Pley-off mərhələsi
26 fevral
Saat 21:45, "Samsunspor" - "Şkendiya" ("CBC Sport" TV).
UEFA Avropa Liqası
Pley-off mərhələsi
27 fevral
Saat 00:00, "Bolonya" - "Bran" ("CBC Sport" TV);
Saat 00:00, "Nottingem Forest" - "Fənərbağça" (İctimai TV).