Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

“Fənərbağça” üç xalı yeddi qolla qazandı - VİDEO
Türkiyə Super Liqasının 19-cu turunda lider “Fənərbağça” autsayder “Konyaspor”u qəbul edib.
Oyun gözlənildiyi kimi meydan sahiblərinin mütləq üstünlüyü şəraitində keçib.
Matçın qəhrəmanı het trikə imza atan Dzeko (11 pen, 32, 40) olub. Onunla yanaşı komanda yoldaşları M.Muldur (42), Şimanski (44), Batşuayi (63) fərqləniblər. Həmçinin, “Konyaspor”lu Yazqılı (83) avtoqolla, Gilyerme (90) isə komandasının yeganə cavab qolu ilə yadda qalıb - 7:1.
Beləliklə də, hazırda xallarını 50-yə çatdıran “Fənər” çempionatda liderliyini davam etdirir. Bir oyun az keçirən və 47 xala malik “Qalatasaray” isə onun ən yaxın izləyicisidir.
"Qalatasaray FK" teqi üzrə xəbərlər
- Əcnəbi hakimlərin derbi qazancı bəlli oldu
- Mauro İkardi yenə öz ampluasında - "Fənərbağça"nı hədəf aldı
- "Qalatasaray" - "Fənərbağça" derbisi, yoxsa sıradan görüş?
- Viktor Osimhen iki həftə yaşıl meydanlardan uzaq qala bilər
- "Trabzonspor"dan "Qalatasaray" və "Fənərbağça" ilə matçlar üçün əcnəbi hakim TƏLƏBİ