Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Fernandu Santuş 10 ildən sonra Berti Foqtsun göstəricisini təkrarlayıb
Fernandu Santuşun başçılıq etdiyi Azərbaycan millisi 10 ildən sonra 6 və ya daha çox top fərqi ilə uduzaraq Berti Foqtsun göstəricisini təkrarlayıb.
Oxu.Az xəbər verir ki, milli komandamız sonuncu dəfə 2014-cü il oktyabrın 13-də belə böyükhesablı məğlubiyyət almışdı.
AVRO-2016-nın seçmə oyununda Xorvatiya seçməsi millimizə Osiyek faciəsi yaşadıb. Həmin qarşılaşma millinin baş məşqçisi Berti Foqtsun istefası ilə nəticələnib.
10 il sonra Fernandu Santuşlu millimiz İsveçdə Millətlər Liqasında eyni taleyi yaşayıb. Millimizin indiki baş məşqçisi bu postdakı 6-cı oyununda 0:6 hesabı ilə üzləşib.
Qeyd edək ki, Azərbaycan seçmə komandası Millətlər Liqasının C liqasında qrup sonuncusu olmaqla D liqasına yuvarlanıb.
"UEFA Millətlər Liqası" teqi üzrə xəbərlər
- UEFA Azərbaycan millisinə xəbərdarlıq edib
- AFFA-nın İcraiyyə Komitəsinin iclası keçirilib
- DÇ-2026: Azərbaycan millisinin seçmə mərhələdəki rəqibləri bəlli olub
- UEFA Ermənistan Futbol Federasiyasını cəzalandırıb
- UEFA Estoniya Futbol Assosiasiyasını Azərbaycan millisi ilə oyundakı davranışına görə cərimələdi
Rəylər