Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

FIDE reytinqi: Şəhriyar Məmmədyarov irəliləyib
Beynəlxalq Şahmat Federasiyası (FIDE) avqust ayı üçün reytinq cədvəlini açıqlayıb.
"Report"un məlumatına görə, Azərbaycan təmsilçilərindən Şəhriyar Məmmədyarov (2703 xal) iki pillə irəliləyərək 17-ci olub.
Teymur Rəcəbov (2700) 33-cü sıradadır. Rauf Məmmədov isə 100-lükdən kənarda qalıb.
Siyahıya norveçli Maqnus Karlsen (2832) başçılıq edir. ABŞ şahmatçısı Hikaru Nakamura (2802) ikinci, bu ölkənin digər qrosmeysteri Fabiano Karuana (2793) üçüncüdür.
Qadınlardan iki pillə irəliləyən Günay Məmmədzadə (2441) 31-ci yerdədir. Bir sıra geriləyən Gövhər Beydullayeva (2412) 43-cü, 13 mövqe itirən Xanım Balacayeva (2384) 60-cıdır. Ülviyyə Fətəliyeva (2369) isə 21 pillə geriləməklə 72-ci sırada qərarlaşıb.
Siyahıya çinli Yifan Hou (2633) başçılıq edir. İlk üçlüyü çinli şahmatçılar Venjun Ju (2563) və Ley Tinqjie (2549) tamamlayıblar.
"Şəhriyar Məmmədyarov" teqi üzrə xəbərlər
- Şəhriyar Məmmədyarov və Rauf Məmmədov cütünün qalibi müəyyənləşmədi: Yenidən üz-üzə gələcəklər
- Şahmat üzrə Azərbaycan çempionatında finalın ilk oyunları keçirilib
- Şəhriyar Məmmədyarovun finaldakı rəqibi bu gün BƏLLİ OLACAQ
- Şahmat üzrə Azərbaycan çempionatında ilk finalçı müəyyənləşib
- Teymur Rəcəbov və Şəhriyar Məmmədyarov final uğrunda mübarizə aparacaq